06 Aprel 2023 06:47 XƏBƏRLƏR Baxış sayı : 540
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli, 3494 nömrəli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq silsilə xarakterli tədbirlərin həyta keçirilməsi davam etdirilir.
Bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivləri tərəfindən müvafiq tədbirlər, o cümlədən ağacəkmə aksiyaları keçirilməkdədir. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək üçün Dövlət Arxivinin Şirvan filialında növbəti tədbir həyata keçirilmişdir. Dövlət Arxivi Şirvan filialının rəhbərliyi və kollektivi tərəfindən filialın həyətində yeni həmişəyaşıl ağaclar əkilmiş, mövcud ağaclara aqrotexniki qulluq göstərilmiş, abadlıq və təmizlik işləri görülmüşdür.
Bugün: | 879 |
Dünən: | 914 |
Bu həftə: | 5032 |
Son həftə: | 6066 |
Bu Ay: | 18928 |
Son Ay: | 28223 |
Bu İl: | 259969 |
Ümumi: | 1280390 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az