Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində Saatlı və Hacıqabul Rayon Dövlət Arxivlərində ağacəkmə aksiyası keçirilmişdir

               “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il  29 sentyabr tarixli, 3494 nömrəli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq silsilə xarakterli tədbirlərin həyta keçirilməsi davam etdirilir.

              Bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivləri tərəfindən müvafiq tədbirlər, o cümlədən ağacəkmə aksiyaları keçirilməkdədir. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək üçün  Saatlı və Hacıqabul Rayon Dövlət Arxivlərində növbəti ağacəkmə aksiyası həyata keçirilmişdir.

                  Adıçəkilən arxivlərin kollektivi tərəfindən arxivlərin balansında olan ərazilərdə yeni həmişəyaşıl ağaclar əkilmiş, mövcud ağaclara aqrotexniki qulluq göstərilmiş, abadlıq və təmizlik işləri görülmüşdür. 


Bugün: 188
Dünən: 1212
Bu həftə: 6726
Son həftə: 6288
Bu Ay: 18296
Son Ay: 26944
Bu İl: 92461
Ümumi: 1405045
1405045