07 Sentyabr 2022 12:16 XƏBƏRLƏR Baxış sayı : 637
Azərbaycanın təhsil tarixində izi qalmış müsəlman qadın pedaqoqlardan biri də Səidə-Aliyə xanım Şeyxzadədir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Qafqaz Tədris Dairəsinin Qəyyumu” (f.311) fondundakı sənədə əsaslanaraq qeyd edirəm ki, Səidə-Aliyə xanım Şeyxzadə 7 mart 1889-cu il tarixdə indiki Gürcüstanın Axalsıx şəhərində dünyaya gəlmişdir. Səidə xanım Şeyxzadə əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur. Səidə-Aliyə xanım Şeyxzadə H.Z. Tağıyevin təsis etdiyi Aleksandriyski müsəlman qadın məktəbinin ilk məzunlarından biri olmuşdur. Həmin məktəbin ilk buraxılışı 1906-cı ildə baş vermişdir. Bakı Aleksandrinski rus-müsəlman qız məktəbinin ilk buraxılışının siyahısına diqqət yetirsək Səidə xanım Şeyxzadənin adının da həmin siyahıda olduğunu görə bilərik: Musabəyova Ayna, Sultanova Fatma, Bayraməlibəyova Maral, Axundova Xeyransa, Məmmədova Əminə, Axundova Sona, Nərimanova Nabat, Əfəndiyeva Türfə, Əhmədbəyova Tubu,Usmiyeva Sayat, Əlibəyova Gülşən, Nərimanova Qeysər, Şeyxzadə Səidə , Əlibəyova Münəvvər və Sultanova Nərgiz...
Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.
Bugün: | 335 |
Dünən: | 1014 |
Bu həftə: | 5501 |
Son həftə: | 6066 |
Bu Ay: | 19397 |
Son Ay: | 28223 |
Bu İl: | 260438 |
Ümumi: | 1280859 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az