Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Dövlət Arxivinin Gəncə filialında Şəhid valideynləri ilə görüş keçirilib

16 yanvar 2025-ci il tarixində 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Dövlət Arxivinin Gəncə filialında Şəhid valideynləri ilə görüş keçirilib.   

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Arxivinin Gəncə filialının direktoru Eleonora Süleymanova Şəhid valideynləri qarşısında çıxış edərək, 20 Yanvar hadisələrindən başlayaraq Antiterror Əməliyyatına qədər xalqımızın igid oğul və qızlarının torpaqlarımızın bütövlüyü uğrunda apardıqları mübarizə yolu haqqında qısa məlumat verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun zəfərləri ilə 20 Yanvar və digər faciələr zamanı şəhid olmuş vətəndaşlarımızın qisasının alındığını bildirdi. Daha sonra Şəhid valideynləri “Vətən Müharibəsi Şəhidləri – Zəfərimizin qəhrəmanları” arxiv fondunun sənədləri əsasında hazırlanmış sərgi ilə tanış oldular. Tədbir zamanı Vətən Müharibəsi Şəhidi Əsgərov Rauf Vaqif oğlunun şəxsi mənşəli sənədlərinin daimi dövlət mühafizəsinə verilməsi ilə bağlı aktı imzalandı. Bununla yanaşı digər Şəhidlərin şəxsi mənşəli sənədlərini filiala təhvil verilməsi prosesi davam etdirilir. 

Tədbir diskussiya formatında davam etdirilib.


Bugün: 591
Dünən: 632
Bu həftə: 4336
Son həftə: 5591
Bu Ay: 5783
Son Ay: 26618
Bu İl: 32401
Ümumi: 1344985
1344985