Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“2025-ci il – Konstitusiya və Suverenlik İli” çərçivəsində bir sıra rayon (şəhər) dövlət arxivlərində şagird və tələbələrin arxivlərə ekskursiyası təşkil olunub

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş müvafiq  iş planına uyğun olaraq, Xaçmaz, Kürdəmir, Ağsu, Qobustan Rayon Dövlət Arxivlərində tələbələrin və yuxarı sinif şagirdlərinin adıçəkilən arxivlərə növbəti ekskursiyası təşkil olunub.

Belə ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin "Kargüzarlıq və ofis xidmətləri" və "Kargüzar" qrupu tələbələri Xaçmaz RDA-da, Ağsu şəhəri Nadir Aslanov adına 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri Ağsu RDA-da, Qobustan şəhəri Elyar Vəliyev adına 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri Qobustan RDA-da, Kürdəmir şəhəri Famil Həşimov adına 3 saylı orta məktəbin 10-cu sinif şagirdləri Kürdəmir RDA-da olublar. Rayon Dövlət Arxivlərinin müdirləri Kəmalə Əhmədova, Kamran Nuriyev, Teymur Ağayev, Əli Kərimov tələbə və şagirdlər qarşısında çıxış edərək arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplekləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumat verdilər.

Daha sonra tələbə və şagirdlər sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış oldular və onların sualları cavablandırıldı.

 


Bugün: 301
Dünən: 1345
Bu həftə: 301
Son həftə: 10564
Bu Ay: 26066
Son Ay: 50507
Bu İl: 76573
Ümumi: 1770498
1770498