Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilmiş və Polad Həşimovun şəxsi mənşəli sənədləri Dövlət Arxivinə qəbul edilmişdir

24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Arxivində keçirilmiş tədbirdə Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun, Şəhid Milli Qəhrəman, polkovnik İlqar Mirzəyevin, Şəhid Fikrət Məmmədovun, Şəhid Nadir Əliyevin ailə üzvləri,  ehtiyatda olan general-leytenant  Yaşar Aydəmirov, Müdafiə Nazirliyinin əməkdaşı, Vətən Müharibəsi qazisi, polkovnik-leytenant  Rüfət Məmmədov, 1-ci Qarabağ müharibəsi qazisi Ağalar Əliyev, Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov, Əməkdar artist Ağalar Bayramov, Milli Arxiv İdarəsinin, Respublika Dövlət Arxivlərinin əməkdaşları, Müdafiə Nazirliyinin zabit və əsgərləri, Gənclərin Respublika Bədii-Yaradıcılıq Evinin kollektivi  iştirak etmişdirlər.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğunu əks etdirən sənədlərdən ibarət,  o cümlədən Vətən Müharibəsi Şəhidlərinə həsr  olunmuş sərgi ilə tanış olmuşdurlar.  Dövlət Himni səsləndirilmiş  və Şəhidlərin əziz xatirəsi yad edilmişdir.

Təbiri açıq elan edən Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyeva Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında Dövlət Arxivində mühafizə edilən sənədlər barədə məlumat vermiş, Müzəffər Ordunun 44 günlük Vətən Müharibəsində şücaətini qeyd etmişdir.

Çıxış edən natiqlər Azərbaycan Silahlı qüvvələrinin tarixi, döyüş yolu haqqında məlumat vermiş, ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsgər və zabitlərin qəhrəmanlığından bəhs etmişdirlər.

Tədbir çərçivəsində Şəhid Milli Qəhrəman Polad Həşimovun şəxsi mənşəli arxiv sənədləri Dövlət Arxivinə qəbul edilmişdir. Sözügedən sənədlərin təhvil-qəbul aktını Polad Həşimovun anası xanım Səmayə Həşimova imzalamışdır. Daha sonra çıxış edən xanım Səmayə Həşimova təqdim edilən sənədlərin gələcək nəsillərə ötürülməsinin, o cümlədən gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində önəmli rol oynayacağına əminliyini ifadə etmişdir.

           Daha sonra Gənclərin Respublika Bədii-Yaradıcılıq Evinin kollektivi tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. 

 


Bugün: 40
Dünən: 917
Bu həftə: 957
Son həftə: 5734
Bu Ay: 4996
Son Ay: 23672
Bu İl: 93969
Ümumi: 1114390
1114390