Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

27 Sentyabr - Anım Günü ilə bağlı respublika üzrə dövlət arxiv xidməti təşkilatlarında bir sıra tədbirlər keçirilib

Respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi dövlət arxiv xidməti təşkilatı əməkdaşları tərəfindən yad edilib, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb və şəhid ailələrinə başsağlığı verilib.

Həmçinin şəhidlərin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi Respublika Dövlət Arxivlərinin kollektivi tərəfindən 1 dəqiqəlik sükutla yad edilib.

Dövlət Arxivi Şirvan filialının kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, Şəhid məzarları üstünə gül dəstələri düzüblər.  Filialda Vətən müharibəsi şəhidlərinin daimi dövlət mühafizəsinə verilmiş şəxsi mənşəli sənədləri əsasında sərgi fəaliyyətə başlayıb.

 

 


Bugün: 213
Dünən: 983
Bu həftə: 4185
Son həftə: 7171
Bu Ay: 16628
Son Ay: 25580
Bu İl: 229446
Ümumi: 1249867
1249867