Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

28 May Müstəqillik Günü ilə bağlı Azərbaycan Respublikasının Dövlət Arxivində tədbir keçirilmişdir

27 may 2022-ci il tarixində keçirilən tədbirdə Dövlət Arxivinin rəhbərliyi və kollektivi, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, t.ü.f.d. Cəbi Bəhramov, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvü, Lənkəranın general-qubernatoru Cavad bəy Məlikyeqanovun nəvəsi Tamilla Kəngərli, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində “Əhrar” partiyasının təmsilçisi, fəhlə komissiyasının üzvü Qərib (Məhəmməd) Kərim oğlunun nəvəsi Təranə Muradova, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, jurnalist və “Son iclas” filminin ssenari müəllifi Müsəllim Həsənov və İstiqlal Muzeyinin əməkdaşları iştirak etmişdirlər.

Tədbirdə həmçinin AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, Əmək və Sosial münasibətlər Akademiyasının Həmkarlar İttifaqları və Sosial fənlər kafedrasının müdiri Zeynəddin Şabanov, Azərbaycan Əmək və Sosial münasibətlər Akademiyasının Kitabxanasının müdiri Maya Abdullayeva, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı t.ü.f.d., dosent Elmar Məhərrəmov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı t.ü.f.d. Bəxtiyar Həsənov da iştirak etmişdirlər.

Tədbirdən öncə Dövlət Arxivinin İstiqlal Muzeyi ilə birlkdə hazırladıqları və Azərbaycan Xalq Cümhuriyyətinin və onun siyasi varisi olan müstəqil Azərbaycan Respublikasının fəaliyyətinə həsr olunmuş “Paralel” adlı sənəd sərgisinə baxış keçirilmişdir.

Yığıncağı giriş nitqi ilə açıq elan edən ARDA-nın direktor müavini Səyyarə Hacıyeva Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk parlament respublikası olmasına diqqət çəkərək, hökümət tərəfindən mövcud olduğu 23 ay ərzində dövlətin tam formalaşdırılması və inkişafı üçün mühüm qərarların qəbul edildiyini diqqətə çatdırmışdır. Natiq bildirmişdir ki,  Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, iqtisadi, maliyyə, sosial, əmək, təhsil, səhiyyə və hərbi sahələrinə aid olan sənədlərinin əksəriyyəti Dövlət Arxivində mühafizə olunur. Bu nadir və qiymətli sənədlər 64 fondda komplektləşdirilmiş 10.500 saxlama vahidindən ibarətdir.

Daha sonra çıxış edən natiqlər cümhuriyyət tarixinin ayrı-ayrı məqamlarına nəzər yetirərək bu mövzuda olan arxiv sənədlərinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışdırlar.

 Sonda 2018-ci ildə “Heydər Əliyev Fondu”nun dəstəyi ilə “Bakı Media Mərkəzi” tərəfindən hazırlanmış “Son iclas” filmi nümayiş olunmuşdur.

 

 

 

 


Bugün: 533
Dünən: 1014
Bu həftə: 5699
Son həftə: 6066
Bu Ay: 19595
Son Ay: 28223
Bu İl: 260636
Ümumi: 1281057
1281057