Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Arxivinin Gəncə filialı tərəfindən 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində səyyar sənəd sərgisi təşkil edilib

Dövlət Arxivi Gəncə filialının təşəbbüsü və 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Vətən Müharibəsi Şəhidləri – Zəfərimizin Qəhrəmanları” adlı səyyar sərgi təşkil edilib. Sərgi Dövlət Arxivinin Gəncə filialında daimi dövlət mühafizəsinə qəbul edilmiş Vətən müharibəsi Şəhidlərinin şəxsi mənşəli sənədləri əsasında hazırlanıb. 

Sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Gəncə regional «АSAN xidmət» mərkəzinin direktoru Fərid Yaqubov, Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova, o cümlədən hər iki dövlət qurumunun əməkdaşları, könüllülər və vətəndaşlar iştirak ediblər.

Sərgi iştirakçılar arasında böyük marağa səbəb olmaqla yanaşı, Şəhid ailələri tərəfindən Şəhidlərin şəxsi mənşəli arxiv sənədlərinin müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verilməsini stimullaşdırmaq, həmin sənədləri gələcək nəsillərə ötürmək məqsədi daşıyır.

Sözügedən sərginin nümayişi 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində davam etdirilir.


Bugün: 809
Dünən: 854
Bu həftə: 2520
Son həftə: 6463
Bu Ay: 18633
Son Ay: 26014
Bu İl: 18633
Ümumi: 1331217
1331217