Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

8 Noyabr - Zəfər Günü münasibətilə Dövlət Arxivinin Salyan filialında ekskursiya təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Salyan filialının 2024-cü ilin İş Planına uyğun olaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhid Zahir Sadıqov adına Neftçala rayon Qaraqaşlı kənd orta məktəbinin şagirdlərinin filialda ekskursiyası təşkil olunub.

Filialın və adıçəkilən məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə filialın direktoru Səkinə Məlikovanın rəhbərliyi ilə filialın kollektivi, o cümlədən sözügedən məktəbin direktor müavini Nazilə Səlimovanın rəhbərliyi ilə müəllimlər İlhamə Əhədova, Pikəxanım Rəhimova və şagirdlər iştirak edirdilər. 

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əziz Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Arxivi Salyan filialının direktoru S. Məlikova qonaqları arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi üzrə  görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumatlandırdı.

Daha sonra filialın əməkdaşları – Məlahət Sərdarova və Sədəf Nəcəfova tərəfindən şagirdlər sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış edildilər və onları maraqlandıran suallar cavablandırıldı.  


Bugün: 165
Dünən: 874
Bu həftə: 5903
Son həftə: 7006
Bu Ay: 165
Son Ay: 30801
Bu İl: 135360
Ümumi: 1447944
1447944