09 İyun 2021 10:21 XƏBƏRLƏR Baxış sayı : 1136
Xəbər verildiyi kimi Beynəlxalq Arxivlər Şurası cari ilin 7-11 iyun tarixlərini “Arxivlərin hüquq və imkanlarının genişləndirilməsi: Hesabatlılıq və şəffaflıq; Əməkdaşlıq şəbəkələrinin yaradılması; Müxtəliflik və inkluzivlik” şüarı altında Beynəlxalq Arxivlər Həftəsi elan etmişdir.
9 iyun 2021-ci il tarixində Milli Arxiv İdarəsində 9 iyun Beynəlxalq Arxivlər Gününə, həmçinin sözügedən şüarın əsas istiqamətləri üzrə görülmüş işlərə həsr olunmuş vebinar keçirilmişdir. Vebinarda İdarə rəhbərliyi, şöbə müdirləri, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivi filiallarının, Naxçıvan MR Dövlət Arxivinin direktor və direktor müavinləri iştirak etmişlər.
Vebinarı giriş sözü ilə açıq elan edən İdarənin rəisi Əsgər Rəsulov 9 iyun Beynəlxalq Arxivlər Günü münasibətilə təbriklərini çatdırmış, İKT-nin arxiv işində rolundan bəhs etmişdir.
Daha sonra çıxış edən İdarə rəisinin müavini Həsən Həsənov və İdarənin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov arxiv işinin elektronlaşdırılması, arxiv sənədlərinin rəqəmsallaşdırılması, İdarənin müvafiq informasiya sistemlərinin üzrə həyata keçirilmiş yeniliklər, o cümlədən son dövrlərdə Elektron Hesabatlar Sistemi (EHS) üzrə əlavə edilmiş yeni funksiyalar barədə iştirakçıları məlumatlandırmışlar.
Vebinar diskussiya şəraitində davam etmişdir.
Bugün: | 671 |
Dünən: | 1014 |
Bu həftə: | 5837 |
Son həftə: | 6066 |
Bu Ay: | 19733 |
Son Ay: | 28223 |
Bu İl: | 260774 |
Ümumi: | 1281195 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az