31 May 2021 11:32 XƏBƏRLƏR Baxış sayı : 1798
Hər il olduğu kimi Beynəlxalq Arxivlər Şurası ənənəyə sadiq qalaraq cari ilin 7-11 iyun tarixlərini Beynəlxalq Arxivlər Həftəsi elan etmişdir. Növbəti həftədə qeyd ediləcək beynəlxalq tədbir “Arxivlərin hüquq və imkanlarının genişləndirilməsi” şüarı altında keçirilmiş 2020-ci il Beynəlxalq Arxivlər Həftəsinin məntiqi davamı olaraq “Arxivlərin hüquq və imkanlarının genişləndirilməsi: Hesabatlılıq və şəffaflıq; Əməkdaşlıq şəbəkələrinin yaradılması; Müxtəliflik və inkluzivlik” şüarı altında qeyd ediləcəkdir.
Sözügedən şüar altında 5 gün müddətində keçiriləcək tədbirlər sırasına 40 mühazirəçinin çıxış edəcəyi 12 vebinar daxildir. Vebinarlar "Hesabatlılıq və şəffaflığın təmin edilməsində arxivlərin rolu", "Arxiv sənədlərinin rəqəmsallaşmasında, həmçinin arxiv işinin avtomatlaşdırılmasında dünya arxivlərinin təcrübəsi və arxivlərin bu istiqamətdə işinin dah da təkmilləşdirilməsi yolları", "Süni intellektin arxiv işində tətbiqi və s. mövzular üzrə təşkil ediləcəkdir.
IAW2021 çərçivəsində 9 İyun Beynəlxalq Arxivlər Gününə həsr edilmiş iki vebinar – “Rəqəmsal körpülərin yaradılması: əməkdaşlıq və şəbəkələrin yaradılması üçün rəqəmsallaşdırma” və YUNESKO ilə birgə təşkil edilmiş “YUNESKO-nun təsis sənədlərinin YUNESKO-nun 75 illiyi münasibətilə rəqəmsallaşdırılması” mövzularında keçiriləcəkdir.
Vebinarlar ingilis, fransız və ispan dillərində aparılacaqdır.
Daha ətraflı: https://www.ica.org/en/iaw2021-webinar-programme
Bugün: | 576 |
Dünən: | 1014 |
Bu həftə: | 5742 |
Son həftə: | 6066 |
Bu Ay: | 19638 |
Son Ay: | 28223 |
Bu İl: | 260679 |
Ümumi: | 1281100 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az