Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Ağstafa Rayon Dövlət Arxivi fəaliyyətini yeni binada davam etdirir

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 1815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın 4.0.6-cı, 6.3.1-ci bəndlərinə uyğun olaraq Dövlət Arxivinin filialları üçün müasir tələblərə cavab verən 500 min, rayon (şəhər) dövlət arxivləri üçün 50 min saxlama vahidi tutumlu birtipli layihə üzrə yeni arxiv binalarının tikilməsi və ya mövcud arxiv binalarının əsaslı təmiri, yenidən qurulması, uyğunlaşdırılmış binalara köçürülməsi üçün Milli Arxiv İdarəsi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları qarşısında müvafiq tapşırıq qoyulmuşdur. Bu istiqamətdə Milli Arxiv İdarəsi tərəfindən bilavasitə tabelikdə olan Dövlət Arxivinin Quba, Şəmkir, Şirvan, Şamaxı, Gəncə filialları əsaslı təmir edilmiş, digərlərində isə müvafiq fəaliyyət davam etdirilir.  

Yuxarıda qeyd edilən normativ hüquqi aktın tələblərinə uyğun olaraq, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən bilavasitə tabelikdə olan sənədləri dəyişən tərkibli Ağstafa Rayon Dövlət Arxivinin yeni, müasir və müvafiq texniki şərtlərə cavab verən binaya köçürülməsi təmin edilmişdir.

10 sentyabr 2025-ci il tarixində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin şöbə müdiri Natiq Eminov Ağstafa Rayon Dövlət Arxivinin yeni binasında yaradılan şəraitlə tanış olublar. Tədbirdə həmçinin Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, başçının müavini İlqar Hacıyev, Ağstafa RİH aparatının şöbə müdiri Şahhüseyn Qurbanov, Milli Arxiv İdarəsinin baş məsləhətçisi Həbib Həsənov, Dövlət Arxivi Şəmkir filialının direktoru Elşən Quliyev və aidiyyəti üzrə digər məsul şəxslər iştirak ediblər. Ağstafa RDA-nın müdiri Pərvin Hacıyev arxivdə yaradılmış şərait haqqında məlumat verib. Bildirilib ki, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, 7 ünvanında yerləşən binada dövlət arxiv xidməti təşkilatının  fəaliyyəti üçün müvafiq şərait yaradılıb. Burada arxivin komplektləşdirmə mənbələrindən daimi mühafizəyə qəbul edən arxiv sənədlərinin qaydaların tələbinə uyğun şəkildə qorunması üçün müvafiq texniki tələblər mövcuddur. Mühafizəxana ilə yanaşı inzibati iş otaqlarında da əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Yeni binada yaradılan şərait Ağstafa RDA tərəfindən vətəndaşlara, o cümlədən idarə müəssisə və təşkilatlara göstərilən arxiv xidmətinin keyfiyyətinin artırılmasına imkan verir.

Yeni binaya baxış zamanı Ağstafa Rayon Dövlət Arxivinin fəaliyyətini daha da təkmilləşdirmək, sənədlərin mühafizəsini qaydaların tələbinə daha da uyğunlaşdırmaq üçün görülməsi vacib olan gələcək addımlar müəyyənləşdirildi.

 


Bugün: 18
Dünən: 1449
Bu həftə: 4994
Son həftə: 8893
Bu Ay: 15886
Son Ay: 39446
Bu İl: 313932
Ümumi: 1626516
1626516