Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan arxivinin 103 illiyi münasibətilə Dövlət Arxivinin Salyan filialında bir sıra tədbirlər təşkil olunub

           Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Arxivi Salyan filialının 2023-cü il üçün iş planına uyğun olaraq, o cümlədən Azərbaycan arxivinin 103 illiyi münasibətilə filialda bir sıra tədbirlər keçirilib.

            Belə ki, filial və  Salyan şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil olunub. DA Salyan filialının direktoru vəzifəsini müvəqqəti icra edən Nərminə Əhmədovanın, arxivçi Məlahət Sərdarovanın, adıçəkilən məktəbin müəllimi Aynurə Mədətovanın rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada Azərbaycanda arxiv işinin yaranması və inkişafı haqqında şagirdlərə ətraflı məlumat verilib. Filialın əsas iş istiqamətləri, əhatə etdiyi Cəlilabad, Neftçala, Biləsuvar rayon dövlət arxivləri haqqında, sənədlərin dövlət arxivinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər barədə məlumat verilib. Şagirdlər arxivdə sənədlərin mühafizə şəraiti ilə əyani tanış edilib, onları maraqlandıran suallar cavablandırılıb.  

            Azərbaycan arxivinin 103 illiyi münasibətilə DA Salyan filialı tərəfindən elan edilmiş “Açıq qapı” günü aksiyası çərçivəsində Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Şamxal Əhmədov, o cümlədən tədqiqatçı Sahib Həsənov filialda olublar. Arxivçilər Məlahət Sərdarova və Sədəf Nəcəfova tərəfindən onlara  regionun tarixini əks etdirən sənədlər haqqında məlumat verilib. DA Salyan filialının direktoru vəzifəsini müvəqqəti icra edən Nərminə Bayramovanın və Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Hüseynovanın rəhbərliyi ilə təşkil edilmiş ictimai görüşdə filialda daimi mühafizə edilən xüsusilə qiymətli sənədlər, regionun inkişafını əks etdirən sənədlər haqqında iştirakçılara məlumat verilib.


Bugün: 43
Dünən: 914
Bu həftə: 4195
Son həftə: 6066
Bu Ay: 18091
Son Ay: 28223
Bu İl: 259132
Ümumi: 1279553
1279553