21 May 2024 10:45 XƏBƏRLƏR Baxış sayı : 298
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 2024-cü ilin İş Planına uyğun olaraq, Azərbaycan Kooperasiya Universiteti tələbələrinin arxivdə ekskursiyası təşkil olunub.
Arxivin direktoru Könül Nəsibova tələbələri arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən. müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumat verdi. K. Nəsibova Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində daimi mühafizə edilən qiymətli sənədlərin xalqımızın mədəni həyatında və mədəni irsin formalaşmasında oynadığı xüsusi rolunu qeyd etdi.
Arxivin direktor müavini Şəlalə Baxşəliyeva arxivdə daimi mühafizə edilən xüsusilə qiymətli sənədlər, o cümlədən Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əziz Şərif, Əliağa Vahid, Rza Daraplıya aid olan sənədlər, kinorəssam Cəbrayıl Əzimovun, əməkdar rəssam Reyhan Topçubaşovun milli geyim eskizləri, Üzeyir Hacıbəyovun not yazıları, o cümlədən unikal kitablardan 1856-cı ildə daşbasma üsulu ilə nəşr edilmiş “Tarixi Nadir” kitabının, “Molla Nəsrəddin” jurnalının əsli ilə tələbələri əyani şəkildə tanış edərək həmin sənədlər haqqında ətraflı məlumat verdi.
Arxivin şöbə müdiri Mətanət Qasımova tələbələri sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış edərək onların suallarını cavablandırdı.
Bugün: | 816 |
Dünən: | 817 |
Bu həftə: | 816 |
Son həftə: | 6197 |
Bu Ay: | 6088 |
Son Ay: | 25580 |
Bu İl: | 218906 |
Ümumi: | 1239327 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az