11 İyun 2024 11:46 XƏBƏRLƏR Baxış sayı : 362
9 iyun Beynəlxalq Arxivlər Günü çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin baş məsləhətçisi Afaq Cəfərova, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova, Dövlət Arxivinin, Dövlət Elm və Texnika Sənədləri Arxivinin şöbə müdirləri və əməkdaşları, o cümlədən Azərbaycan Milli İncəsənət Muzeyinin muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini – Baş fond mühafizəçisi Vəfa Aslanova, Sənədlərlə iş şöbəsinin mütəxəssisi Gülnar Fərhadova iştirak ediblər.
Tədbirdə mövzu üzrə çıxış edən Cəmilə Abasova, Afaq Cəfərova və Könül Nəsibova arxiv quruculuğunun inkişaf yolu, idarələrdə arxiv işinin təşkili, şəxsi mənşəli arxiv fondları barədə, eləcə də arxiv sənədlərinin tarixi şüurun, milli dəyərlərin formalaşmasında əvəzsiz mənbə, tarixi tədqiqatların aparılması üçün etibarlı informasiya bazası kimi rolu və əhəmiyyəti diqqətə çatdırılıb. Vəfa Aslanova, Gülnar Fərhadova məruzə ətrafında çıxış ediblər. Mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçıları muzeyin “1920-1980-cı illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyası ilə tanış olublar.
Bugün: | 583 |
Dünən: | 816 |
Bu həftə: | 3061 |
Son həftə: | 6294 |
Bu Ay: | 22064 |
Son Ay: | 25108 |
Bu İl: | 288213 |
Ümumi: | 1308634 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az