Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan qəzetində Dövlət Səs Yazıları Arxivinin fəaliyyətinə həsr olunmuş “Tariximizin səs yaddaşı” adlı məqalə dərc edilib

Azərbaycan qəzetinin 2024-cü il 12 sentyabr tarixli buraxılışında dərc edilən məqalədə Dövlət Səs Yazıları Arxivinin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, Dövlət Səs Yazıları Arxivinin qarşısına ölkənin ictimai, siyasi, elmi və mədəni həyatını əks etdirən, eləcə də Azərbaycana gəlmiş incəsənət xadimlərinin zaman keçdikcə tarixə çevrilmiş səs yazılarının - fonosənədlərin toplanılması, daimi qeydiyyata  alınması, mühafizəsinin təmin olunması və istifadəsi vəzifəsi qoyulub.

İlk sənədləri qrammofon valları və maqnitli lentlər olan Dövlət Səs Yazıları Arxivində indi səs və görüntü daşıyıcıları, bu gün hamının tanıdığı kompakt kasetlər, rəqəmsal fono və video sənədlər də toplanılır: "Arxivin sənədləri tərkibinə görə çox zəngindir. Hazırda 50000 saxlama vahidindən artıq fonovideo sənəd mühafizə edilir ki, onlardan 9000 saxlama vahidi  video sənədlərə aiddir".

            Məqalə ilə daha ətraflı BURADAN tanış ola bilərsiniz


Bugün: 531
Dünən: 816
Bu həftə: 3009
Son həftə: 6294
Bu Ay: 22012
Son Ay: 25108
Bu İl: 288161
Ümumi: 1308582
1308582