Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki yığıncağı keçirilib

İclasda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəhbərliyi, Dövlət   İdarələri və İctimai  Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi, İdarənin struktur bölmə rəhbərləri, dövlət arxiv xidməti təşkilatlarının rəhbərləri və əməkdaşlar iştirak edirdi. 

Dövlət Himninin ifası ilə başlayan iclasda protokola uyğun olaraq, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Məmmədov 2019-2024-cü illər üzrə komitənin fəaliyyəti haqqında hesabat xarakterli məruzə ilə çıxış etdi. 

Komitənin Təftiş Komissiyasının sədri Səyyarə Hacıyeva hesabat ilində aparılmış ödəmələr barədə ətraflı məlumat verdi.

Komitə üzvləri məruzə ətrafında çıxış edərək öz fikir və təkliflərini çatdırdılar.  Daha sonra Komitənin hesabat dövründə fəaliyyəti səsə qoyularaq qənaətbəxş qiymətləndirildi.

Daha sonra Gender məsələləri ilə bağlı Milli Arxiv İdarəsinin Gender məsələləri üzrə məsul şəxsi Günel Ağayarovanın hesabatı dinlənildi. 

Açıq səsvermə yolu ilə  Aqil Məmmədov yenidən sədr seçildi. İdarə rəisinin müavini Həsən Həsənov və Dövlət   İdarələri və İctimai  Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Rəhilə Babayeva seçilmiş sədrə və heyətə gələcək işlərində uğurlar arzuladilar.  

 


Bugün: 190
Dünən: 734
Bu həftə: 3124
Son həftə: 5564
Bu Ay: 1677
Son Ay: 26014
Bu İl: 1677
Ümumi: 1314261
1314261