Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan SSR Xalq artistləri Məhəmməd Bürcəliyev və Sədayə Mustafayevanın şəxsi mənşəli sənədləri Dövlət Arxivinin Gəncə filialına təhvil verilib

Azərbaycan SSR Xalq artistləri Məhəmməd Bürcəliyev və Sədayə Mustafayevanın şəxsi mənşəli sənədləri onların oğlu, hazırda Gəncə Dövlət Dram Teatrında çalışan, teatrşünas-tənqidçi Anar Ərtoğrul Bürcəliyev tərəfindən Dövlət Arxivinin Gəncə filialına daimi mühafizə üçün təhvil verilib. Sözügedən sənədlər adıçəkilən xalq artistlərinin həyat və fəaliyyətinə həsr olunmuş məqalələr, resenziyalar, oçerk və müsahibələr, kitablar, o cümlədən fəxri fərmanlar, təltiflər və digər sənədlərdən ibarətdir. 

Qeyd edilən sənədlər Dövlət Arxivinin Gəncə filialında Məhəmməd Bürcəliyevin şəxsi mənşəli sənədlərinin qorunduğu  18 nömrəli fonda qəbul edilib.

 


Bugün: 1341
Dünən: 1516
Bu həftə: 7687
Son həftə: 14312
Bu Ay: 45504
Son Ay: 55392
Bu İl: 197543
Ümumi: 1891468
1891468