07 Yanvar 2024 03:22 XƏBƏRLƏR Baxış sayı : 636
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən daimi mühafizə olunmaq məqsədilə 5031 saxlama vahidi fotosənəd və 77 saxlama vahidi kinosənəd Dövlət Kino- Foto Sənədləri Arxivinə təhvil verilib. Foto və kinosənədlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-2023-cü illərdə iş qrafikinə uyğun olaraq xarici ölkələrə, o cümlədən respublikamızın ayrı- ayrı bölgələrinə, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizə səfərlərini, habelə rəsmi görüş və qəbullarını, beynəlxalq tədbirlərdə iştirakını və çıxışlarını, yerli və xarici ölkələrin mətbuat nümayəndələrinə verdiyi müsahibələrini, hərbi hissələrdə əsgər və zabit heyətləri ilə görüşlərini, eləcə də yeni istifadəyə verilən hərbi hissələrin açılışlarında iştirakını əks etdirir. Eyni zamanda Prezident İlham Əliyevin Şuşada keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında və Şuşada Gövhər Ağa məscidinin açılışında iştirakını əks etdirən foto-kinoosənədlər də qəbul olunmuş sənədlərin tərkibində ayrıca yer alıb. Hazırda Dövlət Kino – Foto Sənədləri Arxivinə yeni qəbul olunmuş kino – fotosənədlərin ekspertizası keçirilməklə, Milli arxiv fonduna qəbul olunması rəsmiləşdirilir.
Bugün: | 44 |
Dünən: | 914 |
Bu həftə: | 4196 |
Son həftə: | 6066 |
Bu Ay: | 18092 |
Son Ay: | 28223 |
Bu İl: | 259133 |
Ümumi: | 1279554 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az