Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tərəfindən daimi saxlanılmaq məqsədi ilə 4042 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilmişdir.

    Əsasən 2018-2019-cu ilin teatr mövsümünü əhatə edən fotosənədlər teatrın səhnəsində uğurla təqdim olunan və geniş əks-səda doğuran tamaşaların-“Qırmızı papaq”(Y.Şvarts, Emin Sabitoğlu), “Ər və arvad” (Ü.Hacıbəyli), “Buratino” (A.Rıbnikov, Aleksey Tolstoy), “Balaca şahzadə” (R.Ağababayev, Antuan de Sent-Ekzüperi), “Arşın mal alan” (Ü.Hacıbəyli), “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev), “Cırtdanın sərgüzəştləri” (Ayla Osmanova), “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski), “Mənim günahım” (Q.Qarayev, İ.Əfəndiyev), “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov), “Qızıl toy” (O.Kazımi, R.Heydər), “Toya bir gün qalmış” (Əli Səmədli) adlı komediyaların, operettaların, musiqili nağılların, pritçaların, nağıl-tamaşaların, musiqili tamaşaların yaradıcılıq həllini özündə əks etdirir.

       Hal-hazırda arxivdə qəbul edilmiş fotosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir.


Bugün: 1102
Dünən: 1440
Bu həftə: 1102
Son həftə: 14312
Bu Ay: 38919
Son Ay: 55392
Bu İl: 190958
Ümumi: 1884883
1884883