Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 229 saxlama vahidi foto sənəd, 1 saxlama vahidi kino (video) sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilmişdir.

              Qəbul edilən sənədlər dövlət  müstəqilliyi  illərində  ADAU–nin  ümumi fəaliyyətini, o  cümlədən onun  elm və tədris mühitini, dövlət  vəsaiti  hesabına  əsaslı şəkildə  yenidən qurulan maddi – texniki bazasını, tədris  korpuslarını, inzibati binasını, tələbə  yataqxanalarını, tədris – təcrübə bazasını,  müəllim – professor, tələbə heyətini,  aqronomluq, aqrotexnika, baytarlıq, iqtisadiyyat, mexanizasiya fakültələrinin fəaliyyətini, universitetin  laborotoriyalarını, kafedralarını, maşın – traktor parkını, idarə olunmasını əks etdirir.

             Hal – hazırda  Arxivdə  qəbul  olunmuş  sənədlərin  Milli Arxiv fondunun  tərkibinə  daxil  edilməsi  rəsmiləşdirilir.

 


Bugün: 370
Dünən: 977
Bu həftə: 1347
Son həftə: 6953
Bu Ay: 12233
Son Ay: 30229
Bu İl: 116627
Ümumi: 1429211
1429211