Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Dövlət İnformasiya Agentliyi “AzərTac” tərəfindən 4933 saxlama vahidi fotosənəd daimi mühafizə məqsədilə Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verilmişdir

Təhvil verilən sənədlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il üzrə fəaliyyətini əks etdirən fotosənədlərdən ibarətdir. Belə ki, sözügedən sənədlər dövlət başçımızın işğaldan azad olunmuş ərazilərə səfərlərini, həmin ərazilərdə yenidənqurma, bərpa işləri, o cümlədən nəqliyyat, enerji, aqrar, hərbi infrastrukturun qurulmasını özündə əks etdirir. Bundan əlavə Avropa İttifaqının təşkilatçılığı ilə Azərbaycan-Ermənistan münasibətləri üzrə keçirilmiş beynəlxalq müzakirələr, görüşlər, Qlobal Bakı Forumunda iştirak, xarici KİV nümayəndələrinə verilmiş müsahibələr və digər fəaliyyət sahələrinə aid olan fotosənədlər  də təqdim olunan sənədlər içərisində əhəmiyyətli yer tutur.

           Hazırda sözügedən sənədlərin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatı və arxiv fonduna qəbulu prosesi aparılır.


Bugün: 415
Dünən: 1212
Bu həftə: 6953
Son həftə: 6288
Bu Ay: 18523
Son Ay: 26944
Bu İl: 92688
Ümumi: 1405272
1405272