Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Dövlət İnformasiya Agentliyi “AZƏRTAC” tərəfindən 7145 saxlama vahidi fotosənəd Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verilmişdir

          2019 – cu ili əhatə edən  sənədlər Azərbaycan Respublikası Prezidentinin rəsmi qəbullarını, görüşlərini, daxili və xarici səfərlərini, yerli və beynəlxalq KİV-nə müsahibələrini, dövlət və hökümət başçıları ilə rəsmi və işgüzar görüşlərini, yerli və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə, konfranslarda, sammitlərdə iştirakını və çıxışlarını, şəhid ailələri ilə görüşlərini, yeni inşa olunmuş zavod, fabrik, elmi – tədqiqat müəssisələrinin, xəstəxanaların, məktəblərin, baxçaların açılışında iştirakını və s. əks etdirir.  

        Qəbul olunmuş sənədlərin içərisində 293 saxlama vahidi fotosənəd Vətən Müharibəsi zamanı ali hakimiyyət orqanlarının fəaliyyətini, həmçinin Müzəffər Ordumuzun qəhrəman zabit və əsgərlərinin düşmən ordusu üzərində qələbələrini əks etdirir.    

               Hazırda sözügedən sənədlərin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatı və arxiv fonduna qəbulu prosesi aparılır.


Bugün: 357
Dünən: 859
Bu həftə: 3264
Son həftə: 4358
Bu Ay: 19394
Son Ay: 22161
Bu İl: 63941
Ümumi: 1084362
1084362