Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Hava Yolları QSC tərəfindən daimi saxlanılmaq məqsədi ilə 17 kinosənəd və 386 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

 

Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə daim saxlanmaq  məqsədi ilə 1996-2018-ci illər ərzində Azərbaycan Hava Yolları Qapalı Səhmdar cəmiyyətinin  fəaliyyətini əks etdirən  17 kinosənəd  və 386 saxlama vahidi fotosənəd daxil olub. 

 Tarix üçün əhəmiyyəti olan bu  fotosənədlərin  məzmununu  müstəqillik illərində  Azərbaycan Hava Yolları QSC-nin mərhələli şəkildə inkişafını əks etdirən foto və kinosənədlər təşkil edir. Belə ki,1996-2005-ci illərdə  Bakı Beynəlxalq Hava Limanının  istifadəyə verilməsi, “Boinq 747-800F” və “Boinq 757-200” təyyarələrinin alınıb Bakıya gətirilməsi, Zabrat Helikopter sərnişin terminalının, Naxçıvan  Hava Limanının və  Bakı Yük Terminalının açılışlarını əks olunması bu  foto və kinosənədlərdə  öz  əksini tapmışdır.

    Foto və kinosənədlərin bir qismində 2006-2007-ci illərdə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin Gəncə, Lənkəran, Zaqatala, Qəbələ hava limanlarının açılışında iştirakı, “Boinq” şirkətinin nümayəndə heyətini qəbul etməsi, Bakı-Batumi hava xəttinin açılışı təsvir olunur.      

      2011-2018-ci illər ərzində də Azərbaycan Hava Yollarında görülən işləri əhatə edən foto və kinosənədlər arasında  Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Aviasiya qurumları arasında sazişlərin  imzalanma mərasimlərini, Bakıda  Beynəlxalq  Hava Limanının yeni  modern terminalının  açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakını əks etdirən kino və foto sənədlər də önəmli yer tutur.

       Hal-hazırda Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivində daxil olmuş kino-fotosənədlərin  Milli Arxiv Fonduna qəbulu rəsmləşdirilir. Hər sənədin qısa məlumat bazası hazırlanır.

 

 


Bugün: 641
Dünən: 914
Bu həftə: 4793
Son həftə: 6066
Bu Ay: 18689
Son Ay: 28223
Bu İl: 259730
Ümumi: 1280151
1280151