Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Dövlət Arxivində “İdarə arxivlərində Milli Arxiv Fondu sənədlərinin təşkili mövzusunda” seminar təşkil edilmişdir.

          Seminar Dövlət Arxivinin MAF sənədlərinin dəyərinin ekspertizası və kompleksləşdirilməsi, idarələrdə, təşkilatlarda sənədlərin mühafizəsinin təşkilinə nəzarət şöbəsinin cari il üzrə iş planına əsasən keçirilib.

Seminarda “İşlərin nomenklatur siyahısının tərtib edilməsi”, “Arxiv Fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin təşkili”, “İdarə arxivlərində işlərin arxiv siyahılarının hazırlanması” mövzuları ətrafında müzakirələr aparılıb.

Tədbirdə Milli Arxiv İdarəsinin şöbə müdiri Həsən Həsənov, Dövlət Arxivinin şöbə müdiri Sevinc Tahirova, aparıcı arxivçi Aygün Bəyli çıxış edərək Milli Arxiv Fondunun tərkibinə daxil edilən arxiv sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsi, arxiv sənədlərinin siyahılarının hazırlanması, rəqəmsal idarəçilikdə arxiv sənədlərinin təşkili barədə ətraflı məlumat veriblər.

Seminarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Təhsil nazirlikləri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndələri çıxış edərək təmsil etdikləri qurumlarda arxiv işinin təşkili və gördüyü işlər barədə danışıblar.

              Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Bugün: 860
Dünən: 817
Bu həftə: 860
Son həftə: 6197
Bu Ay: 6132
Son Ay: 25580
Bu İl: 218950
Ümumi: 1239371
1239371