25 Aprel 2018 02:19 XƏBƏRLƏR Baxış sayı : 1834
Rusiya Federasiyasında dövlət arxiv xidmətinin 100 illiyi ilə bağlı 18-20 aprel 2018-ci il tarixində Tatarıstan Respublikasının Kazan şəhərində “Perqamentdən rəqəmsala doğru” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransın əsas mövzuları rəqəmsal mühitdə arxivlərarası əlaqə, kommunikasiya; vahid format və informasiya təhlükəsizliyi; elektron hökümət, elektron informasiyanın idarə olunması, elektron arxiv, elektron etika və elektron təhlükəsizlik olmuşdur.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini konfransda İdarənin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov və Beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova təmsil etmişdi.
Konfransa Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Hollandiya, Belarusiya , Türkiyə, Çin, Xorvatiya, Finlandiya, Polşa, Rumıniya, Qazaxıstan, Özbəkistan və digər ölkələrin nümayəndələri dəvət olunmuşdular. Tədbirin ilk günü Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun da iştirakı ilə “Tatarıstan arxivləri 100 il” adlı sərginin açılışı oldu. Bununla bərabər R. Minnixanov həmçinin konfransın açılışına qatıldı. Tədbir elektron arxivlərin qurulması sahəsində konfransın mövzusununa uyğun olaraq panel müzakirələr və məruzə ilə çıxışlarla davam etdirilmişdi. Sözügedən konfransda “Azərbaycanda elektron arxivlərin qurulması və arxivlərin elektron idarəedilməsi” mövzusunda Natiq Eminov məruzə ilə çıxış etmişdir.
Bugün: | 34 |
Dünən: | 914 |
Bu həftə: | 4186 |
Son həftə: | 6066 |
Bu Ay: | 18082 |
Son Ay: | 28223 |
Bu İl: | 259123 |
Ümumi: | 1279544 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az