13 Noyabr 2019 07:16 XƏBƏRLƏR Baxış sayı : 1507
Fotosənədlər dövlət investisiya xətti ilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda qurulan, həmçinin yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən fabrik, zavod, sənaye zonalarını fəaliyyətini əks etdirir. Tarix üçün əhəmiyyət daşıyan fotosənədlərin məzmununu Sumqayıt Kimya Sənaye Parkları, Quba Meyvə Emalı Müəssisəsi, Ağstafa Aqrar Sənaye Kompleksi, Neftçala Avtomobil Zavodu, Mingəçevir Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Goranboy Aqro Parkı, İsmayıllı Aqrar Parkı, İsmayıllı Heyvandarlıq Kompleksi, Lənkəran İstisu Müalicə Kompleksi, Masallı Çəltik Emalı Zavodu, Qarabağ Atçılıq Kompleksi, Sabirabad Quşçuluq Fabriki, Şəmkir Aqro Parkı, Şəmkir Çörək Zavodu, SOCAR Polimer Müəssisəsi, Xızı-Külək-Elektrik Parkı, Qalaaltı Sanatoriyası, Naftalan Sanatoriyası, Masallı Çəltik Emalı Zavodu, Masallı Sənaye Məhəlləsi, regionlarda açılan Asan Xidmət Mərkəzləri, Azərxalça İB-nin bölgələrdə istifadəyə verilən filialları, otellər kompleksi, müxtəlif təyinatlı avtomobil yolları və avtomagistrallar təşkil edir. İstismara qəbul olunmuş komplekslərdə çalışan işçilərə yaradılan istehsalahat şəraiti, müasir texnoloji avadanlıqlar qəbul edilmiş sənədlərin içərisində kifayət qədər həcmə malikdir.
Hal-hazırda Arxivdə qəbul olunmuş fotosənədlərin hər biri haqqında müfəssəl məlumat bazası hazırlanır, sənədlərin Milli Arxiv fonduna qəbulu rəsmiləşdirilir.
Bugün: | 921 |
Dünən: | 914 |
Bu həftə: | 5073 |
Son həftə: | 6066 |
Bu Ay: | 18969 |
Son Ay: | 28223 |
Bu İl: | 260010 |
Ümumi: | 1280431 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az