29 Aprel 2019 04:55 XƏBƏRLƏR Baxış sayı : 1259
23 oktyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində Finlandiya Milli Arxivinin Rusiya və keçmiş SSRİ ölkələri ilə əlaqələr şöbəsinin direktoru, Finlandiya tarixinə aid sənədlərin axtarışı və elektronlaşdırılması layihəsinin rəhbəri prof. Dmitriy Frolov 25-29 aprel tarixlərində Bakıda səfərdə olmuşdur.
Səfər çərçivəsində D.Frolov Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəhbərliyi ilə görüşmüş, İdarənin tabeliyində fəaliyyət göstərən Dövlət Tarix Arxivində Finlandiya tarixinə aid sənədlərlə tanış olmuş, həmçinin arxiv işi sahəsində mütəxəssis mübadiləsi proqramı üzrə fikir və mülahizələrini bildirmişdir.
25-26 aprel 2019-cu il tarixlərində qonaq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin və Respublika Dövlət Arxivlərinin əməkdaşları üçün "Finnlər Rusiya İmperiyasında - 1809-1917 illər”, “Keçmiş SSRİ ölkələrinin arxivlərində saxlanılan Finlandiya tarixinə aid sənədlərin aşkarlanması və rəqəmsallaşdırılması üzrə iş" mövzularında mühazirə oxumuşdur. Tədbir açıq diskussiya şəraitində keçirilmişdir.
Bugün: | 605 |
Dünən: | 914 |
Bu həftə: | 4757 |
Son həftə: | 6066 |
Bu Ay: | 18653 |
Son Ay: | 28223 |
Bu İl: | 259694 |
Ümumi: | 1280115 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az