Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

20 iyun 2022-ci ildə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib.

Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.

“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”i Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Özbəkistanın “Özarxiv” Agentliyinin sədri Uluqbek Yusubov imzalamışlar.  

          Tədbirdən sonra Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov “Özarxiv” Agentliyində, Özbəkistan Milli Arxivində, Respublika Kino-foto Sənədləri Arxivində olmuş, qonağa Dövlət Arxivlərinin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

                              


Bugün: 1204
Dünən: 1607
Bu həftə: 6034
Son həftə: 14312
Bu Ay: 43851
Son Ay: 55392
Bu İl: 195890
Ümumi: 1889815
1889815