Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstanın Milli Arxivi arasinda “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən 22 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşmüşdür.

Görüşün əvvəlində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstanın Milli Arxivi arasinda “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

Sözügedən saziş tərəflərin arxiv işi sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasını və təşviq edilməsini, arxiv işi sahəsində təcrübə, mütəxəssis və sənədlərin surətlərinin mübadiləsini,  arxiv fondlarının zənginləşdirilməsini, onların elmi-praktiki istifadəsini, sərgilərin təşkili, rəqəmsal layihələrin hazırlanmasını, siyahılar, məlumat kitabları, kataloqlar, sənəd məcmuələri kimi materialları, habelə başqa xüsusi ədəbiyyatların mübadiləsini və s. nəzərdə tutur.  

 

https://mfa.gov.az/az/news/no34021

 


Bugün: 1143
Dünən: 1212
Bu həftə: 7681
Son həftə: 6288
Bu Ay: 19251
Son Ay: 26944
Bu İl: 93416
Ümumi: 1406000
1406000