03 May 2017 06:10 XƏBƏRLƏR Baxış sayı : 1367
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında qardaşlıq və yaxın dostluq əlaqələrini daha da inkişaf etdirmək, həmçinin arxiv işi sahəsində bir-birinin təcrübəsindən faydalanmaq, mövcud əməkdaşlığı genişləndirmək və dərinləşdirmək məqsədi ilə 3 aprel 2017-ci il tarixində Astana şəhərində “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
Bu əməkdaşlıq Sazişi tərəflərin milli arxiv fondlarını Azərbaycan və Qazaxıstan Respublikası xalqlarının tarixi və mədəniyyətinə aid məlumatı əks etdirən sənədlərlə zənginləşdirmək, arxv sənədlərindən istifadə etməklə hər iki dövlətin vətəndaşları və təşkilatlarının sorğularını icra etmək, milli qanunvericiliklərinə müvafiq olaraq dövlət arxivinin fondları, elmi-məlumat aparatının nəşr olunmuş və ya olunmamış materialları ilə işləməsinə imkan yaratmaq, habelə qarşılıqlı maraq doğuran arxiv sənədləri nəşrlərinin mübadiləsini nəzərdə tutur.
Bugün: | 370 |
Dünən: | 816 |
Bu həftə: | 2848 |
Son həftə: | 6294 |
Bu Ay: | 21851 |
Son Ay: | 25108 |
Bu İl: | 288000 |
Ümumi: | 1308421 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az