Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə “Tarixin şanlı səhifəsi” mövzusunda tədbir keçirilmişdir.

            Tədbir dövlət himninin sədəları ilə açılmış və mövzu ilə bağlı “Tarixin şanlı səhifəsi” adlı qısametrajlı film nümayiş etdirilmişdir. Daha sonra İdarənin rəis müavini H.Həsənov Milli Qurtuluş gününün əhəmiyyəti,  Ümummilli Lider Heydər Əliyevin  xilaskarlıq missiyası, onun Azərbaycanın  dövlət müstəqilliyinin qorunması,  möhkəmləndirilməsi və inkişafındakı əvəzsiz xidmətləndirindən, habelə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf edən, modern dövlətə çevrilməsindən danışdı.

            Mövzu ətrafında çıxış edən Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru V.Tapdıqlı Heydər Əliyev irsinin milli mənəvi dəyərlərin formalaşdırılmasında rolu, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru K. Nəsibova Heydər Əliyevin Milli arxiv quruculugundakı xidmətləri, İdarənin Beynəlxalq əlaqələr sektorunun müdiri G. Ağayarova Azərbaycanın beynəlxalq miqyasda imicinin müsbətə döğru dəyişməsində H.Əliyevin fədakar və misilsiz xidmətləri barədə iştirakçılara məlumat vermişdir.

 

 

 

 

 


Bugün: 726
Dünən: 914
Bu həftə: 4878
Son həftə: 6066
Bu Ay: 18774
Son Ay: 28223
Bu İl: 259815
Ümumi: 1280236
1280236