Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir

Muşavirədə Milli Arxiv İdarəsinin rəhbərliyi, idarənin struktur bölmə rəhbərləri, həmçinin Respublika Dövlət Arxivlərinin direktorları iştirak etmişdirlər.

Toplantını giriş sözü ilə açan Milli Arxiv İdarəsinin rəisi Ə.Rəsulov 2018-ci ilin bütövlükdə ölkəmiz üçün uğurlu il olmasını qeyd edərək, bildirmişdir ki, məhz 2018-ci ildə Azərbaycan xalqı prezident seçkilərində cənab İlham Əliyevə yenidən etimad göstərərək dəstəkləmişdir. Ə.Rəsulov Cənab Prezidentin apardığı daxili və xarici siyasi kursun nəticələri kimi, həmçinin Respublikaya rəhbərliyinin 15 illiyi çərçivəsində Azərbaycanın əldə etdiyi beynəlxalq nailiyyətlərdən, daxili və xarici siyasətdə qazanılmış ciddi uğurlardan söz açmışdır.   

Natiq 2018-ci ilin cənab Prezident tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi və bütün ölkə boyu və xarici dövlətlərdə bu istiqamətdə keçirilmiş tədbirlər barədə məlumat vermişdir. Qeyd edildi ki, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, Milli Arxiv İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sənədlər toplusu, məqalələr toplusunu nəşr etdirmiş, dövlət arxivlərində mühafizə olunan sənədlər əsasında hazırlanmış virtual və stasionar sərgi təşkil etmişdir.

Ə.Rəsulov 2018-ci ildə Milli Arxiv İdarəsinin və dövlət arxivlərinin fəaliyyətinə qısa nəzər yetirmiş, sənədlərin qəbulu, mühafizəsi, istifadəsi, elektron xidmətlər, vətəndaşlarla iş və digər sahələrdə əldə edilmiş uğurlar və problemlər haqqında öz fikir və mülahizələrini bildirmişdir.

Daha sonra çıxış edən natiqlər 2018-ci ildə sahələr üzrə mövcud problemlər və görülmüş işlər barədə məlumat verdilər. 

Toplantıda 2019-cu ildə dövlət arxivləri qarşısında duran vəzifələr, onların həlli yolları istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.  

Milli Arxiv İdarəsinin rəisi bütün arxivçiləri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik etmişdir.  

 


Bugün: 98
Dünən: 882
Bu həftə: 1912
Son həftə: 6185
Bu Ay: 21993
Son Ay: 28223
Bu İl: 263034
Ümumi: 1283455
1283455