Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

 

23 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.   Tədbirdə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, İdarənin rəis müavini Əsgər Rəsulov, Binəqədi rayonu YAP təşkilatının sədri Ramiz Göyüşov, Milli Arxiv İdarəsinin və Respublika dövlət arxivlərinin əməkdaşları, YAP-ın üzvləri və digər qonaqlar iştirak edirdilər.

       Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və İdarənin rəisi Ataxan Paşayevin giriş nitqi ilə başlamışdı. Daha sonra çıxış edən natiqlər Yeganə Cabbarlı,  Ramiz Göyüşov, Əsgər Rəsulov və digərləri Xocalı soyqırımına gedən yolda Qarabağ və Xocalı sakinlərinin başına gətirilən hadisələri xronoloji ardıcıllıqla qeyd emiş, Xocalı soyqırımının xalqımızın tarixində buraxdığı izdən danışmış və faciənin xalqımızın qan yaddaşında daim yaşadılmasının, faciənin gerçəkliklərinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışdır. 

 

 


Bugün: 689
Dünən: 751
Bu həftə: 2264
Son həftə: 5591
Bu Ay: 3711
Son Ay: 26618
Bu İl: 30329
Ümumi: 1342913
1342913