Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini əks etdirən 72 saxlama vahidi kinosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

 

“AzərTac” Dövlət  İnformasiya  Agentliyi  tərəfindən Dövlət Kino – Foto Sənədləri Arxivinə  təhvil verilən 72 saxlama vahidindən ibarət kinosənədlər Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  2020 – ci il ərzində (noyabr ayının  ilk günləri də daxil olmaqla) fəaliyyətini – xarici ölkələrə rəsmi və işgüzar səfərlərini, rəsmi qəbullarını və görüşlərini, respublikanın rayon və şəhərlərinə səfərlərini, Bakı şəhərinin rayonlarında,  Abşeron  rayonunun  qəsəbə və kəndlərində dövlət sifarişi ilə aparılan bərpa – quruculuq işləri ilə tanışlığını, yerli və xarici media qurumlarının nümayəndələrinə verdiyi müsahibələri, xarici ölkələrin dövlət və hökümət başçıları,  nümayəndə heyətləri ilə  görüşlərini, yerli və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə, konfranslarda iştirakını və çıxışını, yeni istifadəyə verilən və ya əsaslı şəkildə yenidən qurulan müxtəlif fəaliyyət sahələrinə aid olan istehsal və emal müəssisələrinin, zavod və fabriklərin istifadəyə verilməsi tədbirlərində iştirakını əks etdirir.

Xüsusilə qeyd edilməlidir ki, sözügedən sənədlər içərisində yer alan Prezident,  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təcavüzkar Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş doğma torpaqlarımızın rayonlarımızın, şəhər, qəsəbə və kəndlərimizin Şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi haqqında xəbərlərin şəxsən Azərbaycan Xalqına  televiziya vasitəsi ilə çatdırmasını, həmçinin Vətən Müharibəsi haqqında birbaşa müraciətlərini əks etdirən kinosənədlər Milli  arxiv fondu üçün xüsusi qiymətli sənəd növü kimi xüsusi əhəmiyyətə malikdir.

 


Bugün: 477
Dünən: 881
Bu həftə: 3070
Son həftə: 5867
Bu Ay: 18768
Son Ay: 20754
Bu İl: 84069
Ümumi: 1104490
1104490