Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Bakıya səfər edən Türkiyə Respublikasının Prezidenti yanında Dövlət Arxivləri İdarəsinin sədri Uğur Ünal səfəri çərçivəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini ziyarət etmişdir.

1 noyabr 2023-cü ildə “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” adlı sərgidə iştirak üçün Bakıya səfər edən Türkiyə Respublikasının Prezidenti yanında Dövlət Arxivləri İdarəsinin sədri Uğur Ünal səfəri çərçivəsində noyabr ayının 2-də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini ziyarət etmişdir. Görüşdə Uğur Ünal, Türkiyə Yunus Əmrə İnstitutunun rəhbəri professor Dr. Şərəf Atəş və əməkdaşı Melih Barut, Bakı Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, rəis müavini Həsən Həsənov və beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova iştirak etmişlər.

Görüş zamanı ölkələrimiz arasında digər sahələrdə olduğu kimi arxiv işi sahəsində də görülən işlər, gələcək əməkdaşlıq layihələri, təcrübə mübadiləsi, beynəlxalq əməkdaşlıq və digər məsələlər üzrə müzakirələr aparılmışdır.

Qonaqlar Azərbaycan Respublikasının Dövlət Tarix və Dövlət Ədəbiyyat və İncəsənət Arxivlərində maraq doğuran sənədlərlə yaxından tanış olmuşdurlar. Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsində qonaqlara rəqəmsallaşma prosesi barədə məlumat verilmişdir.

Sonda xatirə şəkli çəkilmişdir.

 


Bugün: 246
Dünən: 914
Bu həftə: 4398
Son həftə: 6066
Bu Ay: 18294
Son Ay: 28223
Bu İl: 259335
Ümumi: 1279756
1279756