Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

"Baykal-Amur Magistralı və Heydər Əliyev müstəsnalığı" adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib

 Bu gün dünya ölkələrinin ticari əlaqələrinin inkişafında dəmir yolu xətləri müstəsna əhəmiyyət kəsb edir. Dövlətləri və qitələri birləşdirən dəmiryolu nəqliyyatı müasir dövrümüzdə qlobal xarakter daşıyır. Hazırda dünyada və aid olduğu ölkələrin iqtisadi inkişafında xüsusi önəmə malik dəmir yol magistrallarından biri Baykal-Amur Magistralıdır  (BAM). Yarım əsr əvvəl – elə bu günlərdə Baykal-Amur Magistral xəttinin tikintisinə başlanıldı. Bu, dünyanın ən böyük dəmir yolu arteriyalarından biri, gələcək iqtisadi inkişafın əsl qarantı idi.  Transsibir magistralı ilə yanaşı, Sakit Okean Regionuna çıxışa imkan verən bu nəhəng yol infrastrukturunun tikintisi ilə bağlı ideya hələ XIX əsrdə yaransa da, tədqiqat işlərinə 1920-ci ildən başlanılıb. Coğrafi baxımdan ölkəmizdən xeyli uzaqlarda yerləşən bu dəmiryolu marşrutunun gerçəyə çevrilməsində, azərbaycanlıların əməyi danılmazdır. 1974-cü ildə sözügedən magistralın tikintisi ilə bağlı qərar qəbul edildikdə, o zaman sovet ittifaqının tərkibində daxil olan Azərbaycandan minlərlə gənc BAM-ın tikintisinə cəlb edildi. BAM-ın reallaşdırılmasında xüsusi xidmətləri olan bir azərbaycanlı da xalqımızın Ümummilli Lideri  Heydər Əliyev idi. Onlarla şəxsin cavabdeh olduğu bu layihələndirmədə ən ağır yükün yalnız Ulu Öndər Heydər Əliyevin çiyinlərində olduğu xüsusilə diqqətə çatdırılmalıdır. Ümumilli Liderin rəhbərliyi ilə BAM-ın tikintisində yol verilmiş səhvlərə və çatışmazlıqlara xüsusi diqqət yetirilir, problemlərin səbəbləri ətraflı araşdırılırdı. Həmçinin bu istiqamətdə  ayrı-ayrı sahələrə cavabdehlik daşıyan idarə və təşkilatların, o cümlədən nazirlik və komitələrin nailiyyətinin koordinasiyasında olan boşluqların aradan qaldırılmasına önəm verilirdi. BAM-a səfəri zamanı Heydər Əliyev tikinti işləri ilə birgə insanların həyat şəraiti ilə tanış olur, mərkəzdən uzaqda yaşayan işçilərin güzaranına diqqətlə yanaşırdı. Bir sözlə, magistralın tikinti layihəsinə kuratorluq etmiş Ulu Öndər Heydər Əliyevin bu işdə sonadək böyük və müstəsna rolu olub.

Dövrün ən nəhəng logistik layihəsi sayılan Baykal-Amur Magistralının 50 illiyi münasibətilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin və Dövlət Kino-Foto Sənədləri Arxivinin birgə səyi ilə hazırlanan "Baykal-Amur Magistralı və Heydər Əliyev müstəsnalığı" adlı virtual sərgidə Ulu Öndər Heydər Əliyevin BAM-a səfərləri və keçirdiyi görüşləri əks etdirən fotolar yer alır. 

Adıçəkilən virtual sənəd sərgisi ilə BURADAN tanış ola bilərsiniz. 


Bugün: 836
Dünən: 817
Bu həftə: 836
Son həftə: 6197
Bu Ay: 6108
Son Ay: 25580
Bu İl: 218926
Ümumi: 1239347
1239347