22 İyun 2022 07:57 XƏBƏRLƏR Baxış sayı : 596
Bülbül... Murtuza Məmmədov kiçik yaşlarından öz məlahətli səsi ilə qazanmışdı bu adı...
Bakı və Milan Konservatoriyalarını bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir-birindən möhtəşəm opera əsərlərində unudulmaz partiyaları ifa etmək şərəfinə nail olmuşdu.
Ancaq Bülbülün opera yaradıcılığından söhbət gedərkən heç şübhəsiz ilk növbədə onun Azərbaycan operasının ilk Koroğlusu olması yada düşür. 30 aprel 1937-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Dahi Üzeyirin epik janrlı beşpərdəlik “Koroğlu” operasının ilk tamaşası oynanılır. Təbii ki, bu möhtəşəm əsərin uğurlu primyerası Azərbaycan mədəniyyət salnaməsinə yazılmış böyük tarixi hadisə idi. Məhz, həmin tarixi hadisədən sonra təxminən 20 il ərzində böyük tenor ustası bu opera əsərinin baş partiyasının əvəzolunmaz ifaçısı olmuşdur.
Öz lirik səsi ilə yüksək mahnı ifaçılığına malik olan Bülbül eyni zamanda onun təbliq və tədqiq ilə də məşğul olmuşdur. Məhz, onun təşəbbüsü ilə 1932-ci ildə professoru olduğu Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Azərbaycan xalq musiqisini tədqiq edən elmi kabinet yaradılmışdı.
Ölkə mədəniyyətinin inkişafında etdiyi xidmətlərinə görə 1938-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüş Bülbül bir çox orden və medallarla da təltif olunmuşdur.
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şəxsi mənşəli fondlarının sənədləri əsasında hazırlanmış bu virtual sərgi Azərbaycan professional opera və vokal sənətinin görkəmli xadimi, SSRİ xalq artisti Bülbülün anadan olmasının 125-ci ildönümünə həsr olunmaqdadır.
Virtual sərgi ilə BURADAN tanış ola bilərsiniz.
Bugün: | 418 |
Dünən: | 1014 |
Bu həftə: | 5584 |
Son həftə: | 6066 |
Bu Ay: | 19480 |
Son Ay: | 28223 |
Bu İl: | 260521 |
Ümumi: | 1280942 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az