Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Daxili İşlər Nazirliyi tərəfindən 18 saxlama vahidi kinosənəd və 242 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilmişdir

              Nazirliyin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə təqdim edilən tarixi əhəmiyyətli kino və foto sənədlər 2020 – 2021 – ci illərdə daxili işlər orqanlarının fəaliyyətini, beynəlxalq əlaqələrini, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili Qoşunların yaranması günündə istifadəyə verilən yeni hərbi hissələrin açılışında iştirakını, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun yeni inşa edilmiş rayon, şəhər polis idarələrinin yeni inzibati binalarının açılışında iştirakını, Polis Akademiyasında tədrisin təşkili, tədris ilinin buraxılışlarına həsr olunmuş təntənəli mərasimləri və s. mövzuları özündə əks etdirir.  

            Hazırda sözügedən sənədlərin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatı və arxiv fonduna qəbulu prosesi aparılır.

 

 

 

 

 

 

 

 

 

 


Bugün: 573
Dünən: 1014
Bu həftə: 5739
Son həftə: 6066
Bu Ay: 19635
Son Ay: 28223
Bu İl: 260676
Ümumi: 1281097
1281097