Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivi Gəncə filialı tərəfindən məzunlara sertifikatlar təqdim edilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin 1 № li Gəncə Peşə Məktəbinin tələbələrinin Məzun Günü keçirilib.

Adıçəkilən tədbirdə Dövlət Arxivi Gəncə filialının direktoru və kollektivi iştirak ediblər. Məzun Günü münasibətilə tələbələri təbrik edən filialın direktoru Eleonora Süleymanova 1 № li Gəncə Peşə Məktəbinin “Kargüzarlıq” ixtisası üzrə təhsil alan tələbələrinin filialda təcrübə keçdiklərini xatırladaraq, fərqlənən tələbələrə filial adından sertifikatlar təqdim edib.

                     

 


Bugün: 1272
Dünən: 1516
Bu həftə: 7618
Son həftə: 14312
Bu Ay: 45435
Son Ay: 55392
Bu İl: 197474
Ümumi: 1891399
1891399