Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivi Gəncə filialının rəhbərliyi Samux rayonu Qarayeri qəsəbəsi 2 saylı tam orta məktəbin 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib

14 mart 2025-ci il tarixində Samux rayonu  Heydər Əliyev Mərkəzində rayonun Qarayeri qəsəbəsi 2 nömrəli tam orta məktəbinin 100 illik yubiley tədbiri keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və digər tanınmış şəxslər, o cümlədən Dövlət Arxivi Gəncə filialının rəhbərliyi və kollektivi iştirak ediblər. Dövlət Arxivinin Gəncə filialının direktoru Eleonora Süleymanova tədbirdə çıxış edərək bildirib ki, adıçəkilən məktəbin 100 illiyi məhz Dövlət Arxivinin Gəncə filialında daimi mühafizə edilən arxiv sənədləri əsasında keçirilir.  E. Süleymanova Qəza Xalq Məktəbləri Müfəttişliyinin müfəttişi Cavad bəy Cuvarlının imzası ilə təsdiq olunmuş sənəd və bu mövzuya aid olan digər sənədlər haqqında məlumat verdi.

Digər çıxış edən natiqlər arxiv sənədlərinin ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə əvəzolunmaz məlumat mənbəyi olduğunu diqqətə çatdırdılar.  

Tədbirdə həmçinin məktəbin ilk məzunları olan tanınmış şəxslər, incəsənət nümayəndələri və məktəbin şagirdləri çıxış etdilər.

 


Bugün: 648
Dünən: 1308
Bu həftə: 648
Son həftə: 7846
Bu Ay: 20064
Son Ay: 26944
Bu İl: 94229
Ümumi: 1406813
1406813