Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivi Şirvan filialının və filialın metodiki tabeliyində olan rayon dövlət arxivlərinin kollektivləri işğaldan azad edilmiş ərazilərdə olublar

44 günlük Vətən müharibəsinin 4-cü ildönümü günlərində, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədovanın rəhbərliyi ilə filialın kollektivi, o cümlədən filialın metodiki tabeliyində olan Saatlı Rayon Dövlət Arxivinin müdiri Nahid İsayev, Hacıqabul Rayon Dövlət Arxivinin müdiri Vüsal Nağıyev və Sabirabad Rayon Dövlət Arxivinin müdiri Şəmsi Soltanov Şuşa, Xankəndi və Xocalı şəhərlərini ziyarət ediblər. 

Arxivçilər Cıdır düzündə Vətən müharibəsində qəhrəmancasına Şəhid olmuş Şirvan şəhərindən olan hərbçilərin fotolarını qonaqlara və şəhər sakinlərinə nümayiş etdirib, həmin fotolarla birgə tanıdıcı fləşmob keçiriblər.  

 


Bugün: 497
Dünən: 816
Bu həftə: 2975
Son həftə: 6294
Bu Ay: 21978
Son Ay: 25108
Bu İl: 288127
Ümumi: 1308548
1308548