08 May 2024 09:47 XƏBƏRLƏR Baxış sayı : 457
07 may 2024-cü il tarixində “Müharibə. Qələbə. Yaddaş” adı altında keçirilən tədbirdə Gəncə Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sabirə Bayramova, kinorejissor, jurnalist Mahir İsayev, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Rəşad Hüseynov, mərkəzin tələbələri və filialın əməkdaşları iştirak ediblər.
İlk öncə dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda Şəhid olan hərbiçilərimizin, o cümlədən İkinci Dünya Müharibəsində həlak olmuş həmvətənlərimizin ruhu sükutla yad edildi. Tədbiri açıq elan edən Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı döyüşən azərbaycanlı diviziyaların döyüş yolu, həmvətənlərimizin şücaəti haqqında, o cümlədən Azərbaycan neftinin qələbənin qazanılmasında müstəsna rolundan danışdı.
Daha sonra çıxış edən Sabirə Bayramova, Mahir İsayev tarixi faktlar, o cümlədən arxiv sənədləri əsasında faşizm üzərində qələbənin qazanılmasında böyük xidmətləri olan azərbaycanlı hərbçilər haqqında geniş məlumat verdilər.
Filialın əməkdaşları Aytən Vəliyeva və Fidan Babayeva İkinci Dünya Müharibəsi iştirakçısı olan azərbaycanlıların filialda mühafizə edilən şəxsi mənşəli sənədləri haqqında məlumat verdilər.
Sonda Böyük Vətən Müharibəsində iştirak etmiş həmvətənlərimizin arxivdə mühafizə olunan şəxsi mənşəli sənədləri, həmçinin arxiv işçilərinin şəxsi təşəbbüsü nəticəsində toplanmış materiallar əsasında hazırlanmış sərgi nümayiş etdirildi və xatirə şəkilləri çəkdirildi.
Bugün: | 372 |
Dünən: | 986 |
Bu həftə: | 3610 |
Son həftə: | 6066 |
Bu Ay: | 17506 |
Son Ay: | 28223 |
Bu İl: | 258547 |
Ümumi: | 1278968 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az