Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında 7 fevral – növbədənkənar prezident seçkilərində seçici fəallığının yüksəldilməsinə həsr olunmuş tədbir keçirilib

Dövlət Arxivinin Gəncə filialında Gəncə Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının dosenti Fəxrəddin Usenov və jurnalist Mahir İsayevin iştirakı ilə 7 fevral – növbədənkənar prezident seçkilərində seçici fəallığının yüksəldilməsinə həsr olunmuş tədbir keçirilib. 

Filialın direktoru Eleonora Süleymanova tədbiri giriş sözü ilə açaraq,  ölkəmizdə keçiriləcək  növbədənkənar prezident seçkisinin “Zəfər seçkisi” olduğuna toxunaraq, bu seçkinin ana vətənimiz Azərbaycan üçün yeni tarixi dövrün başlanğıcı olduğundan və hər bir vətəndaşın  bu tarixi seçkilərdə fəal iştirak etməsinin vacibliyindən danışıb. Filial direktoru qalib Azərbaycanda bu seçkilərin erkən keçirilməsinin səbəbləri və tarixi əhəmiyyəti barədə geniş məlumat verib. 

Gəncə Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının dosenti Fəxrəddin Usenov müstəqil Azərbaycanın banisi, qurucusu və xilaskarı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Natiq “Azərbaycan tarixi tədrisində Ümummilli Lider Heydər Əliyevin irsindən istifadə” adlı metodiki vəsaiti filiala hədiyyə edib.

Tədbir çərçivəsində jurnalist Mahir İsayev çıxış edərək, Birinci Qarabağ müharibəsi zamanı ölkədə hökm sürən vəziyyətdən, şahidi olduğu hadisələrdən  danışıb.  Daha sonra M.İsayev tarixi seçkilərin əhəmiyyətindən və bu konteksdə xalq və dövlət vəhdətinin vacibliyindən, seçicilərin fəallığının önəmindən bəhs edib. 

Tədbir Ulu Öndərə Heydər Əliyevə həsr olunmuş şeirin səslənməsi ilə yekunlaşıb.

 


Bugün: 779
Dünən: 793
Bu həftə: 1572
Son həftə: 5729
Bu Ay: 2274
Son Ay: 25108
Bu İl: 268423
Ümumi: 1288844
1288844