Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında arxiv işinin təşkilinə həsr olunmuş regional seminar keçirilmişdir

             13 sentyabr 2023-cü il tarixində Dövlət Arxivinin Gəncə filialında “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkili” mövzusunda filialın əhatə dairəsinə daxil olan Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Samux rayon dövlət arxivlərinin müdirlərinin və əməkdaşlarının iştirakı ilə seminar keçirilmişdir. Seminarda həmçinin Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin arxiv müdirləri, Gəncə Tibb Kollecinin və Gəncə Şəhər Nizami Bələdiyyəsinin arxivçiləri iştirak etmişdirlər.

         Vətən uğrunda canından keçən əziz Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova seminarı açıq elan etmişdir. Natiq son dövrlər arxiv işi sahəsində qəbul edilmiş yeni normativ hüquqi aktların tələbləri barəsində məruzə ilə çıxış etmişdir.

           Daha sonra məruzə ətrafında filialın əməkdaşı,fondların baş mühafizəçisi Fidan Babayeva “Arxiv sənədlərinin uçotu, komplektləşdirilməsi və istifadəsi”, arxivçi Aytən Vəliyeva  “Sənədlərin dəyərinin ekspertizası” mövzusunda çıxış etmişdirlər.  

           Seminarda qarşıda duran vəzifələrin icrasına dair müzakirələr aparılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

 


Bugün: 431
Dünən: 914
Bu həftə: 4583
Son həftə: 6066
Bu Ay: 18479
Son Ay: 28223
Bu İl: 259520
Ümumi: 1279941
1279941