01 May 2025 10:52 XƏBƏRLƏR Baxış sayı : 29
Tədbirdə Gəncə Dövlət Universitetinin Pedaqogika üzrə fəlsəfə doktoru Sabirə Bayramova, Yazıçı-jurnalist Mahir İsayev, Samux rayon Qarayeri qəsəbəsi 2 № li tam orta məktəbin müəllimi Nurlana Kazımova və həmin məktəbin şagirdləri, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Rəşad Hüseynov və mərkəzin tələbələri, həmçinin Kərbəlayi İsmayıl Məhərrəm oğlunun qardaşı oğlu 95 yaşlı Bəşirov Əsgər Əli oğlu, o cümlədən filialın kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru Eleonora Süleymanova ermənilərin XIX-XX əsrlərdə Azərbaycan xalqına və onun tarixi ərazilərinə qarşı təcavüzündən söz açdı. Bildirildi ki, zaman -zaman soyqırımı və deportasiya kimi bəşəri cinayətlər törədən ermənilər öz dədə-baba yurdlarında yaşayan və tarixi Azərbaycan ərazilərdə qurulan bugünkü Ermənistan Respublikasının mövcud olduğu ərazilərdən azərbaycanlıları XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq soyqırıma məruz qoyub və deportasiya ediblər.
Sabirə Bayramova mövzunu davam etdirərək 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olmuş, ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri Azərbaycan torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizəyə həsr etmiş Kərbəlayi İsmayıl Məhərrəm oğlu haqqında geniş məlumat verdi. Bildirildi ki, Fərman Kərimzadənin “Qarlı aşırım” romanında Kərbalayi İsmayılın obrazı yaradılıb.
Daha sonra çıxış edən Kərbəlayi İsmayıl Məhərrəm oğlunun qardaşı oğlu 95 yaşlı Bəşirov Əsgər Əli oğlu əmisi ilə bağlı yadda qalan xatirələrini bölüşdü.
Samux rayon Qarayeri qəsəbə 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nurlana Kazımova Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında çəkilmiş “Axırıncı aşırım” filmində Kərbəlayi İsmayıl Məhərrəm oğlunun Adil İsgəndərov tərəfindən canlandırılan obrazından, onun Qəmbəralı İsmayıl oğlu Abbasov (Qəmlo), Abbasqulu bəy Şadlinski ilə olan münasibətləri haqqında məlumat verdi.
Daha sonra iştirakçılar Dövlət Arxivinin Gəncə filialında daimi mühafizə edilən sənədlər əsasında 1937-1949-cu illərdə, həmçinin 1988-1989-cu illərdə Qərbi Azərbaycandan məcburi köçürülən və Gəncə şəhərində, Göygöl (Xanlar) rayonunda məskunlaşmış azərbaycanlıların sənədlərinin və Samux rayon Qarayeri qəsəbəsi 2 № li tam orta məktəbin şagirdlərinin azərbaycanlıların tarixi torpaqlarına qayıdışı ilə əlaqəli əl işlərindən ibarət sərgisi nümayiş etdirilib və şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Tədbir açıq diskussiya formatında davam etdirilib.
Bugün: | 606 |
Dünən: | 1235 |
Bu həftə: | 4222 |
Son həftə: | 7197 |
Bu Ay: | 606 |
Son Ay: | 30229 |
Bu İl: | 105000 |
Ümumi: | 1417584 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az