11 Dekabr 2023 12:08 XƏBƏRLƏR Baxış sayı : 498
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Arxivi Lənkəran filialının 2023-cü il üçün iş planına uyğun olaraq, filiala növbəti ekskursiya həyata keçirilib. Belə ki, filial və Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb, habelə H.Aslanov adına 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə hər iki təhsil ocağının yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil olunub. Dekabrın 6-8-də adıçəkilən məktəblərin direktorları Zaur Ağazadə və Aqil Sadıyevin rəhbərliyi ilə təşkil olunmuş ekskursiyalarda DA Lənkəran filialının direktoru Camal Babazadə şagirdlər qarşısında çıxış edərək, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqadər filialda mühafizə olunan Ümummilli Liderin hakimiyyəti dövrünə aid sənədlər barədə geniş məlumat verib. O, həmçinin Ümummilli Liderin həyat yolu və böyük xidmətləri barədə də danışıb. Filial direktoru arxivin əsas iş istiqamətləri, filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, sənədlərin dövlət arxivinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər barədə məlumat verib. Sonra filialın arxivçisi Afaq Hüseynova və fond mühafizəçisi Gülnar Şirinova şagirdləri arxivdə sənədlərin mühafizə şəraiiti ilə əyani tanış edib, onları maraqlandıran suallara ətraflı cavab verib. Ekuskursiya-görüşdə hər iki məktəbin təmsilçiləri - Nüşabə Cabbarova, Kəmalə Miriyeva, Südabə Axundzadə və Leyla Axundova da iştirak ediblər. Ekskursiya şagirdlərdə xoş təsürat yaradıb, arxiv işinə marağı daha da artırıb.
Bugün: | 102 |
Dünən: | 914 |
Bu həftə: | 4254 |
Son həftə: | 6066 |
Bu Ay: | 18150 |
Son Ay: | 28223 |
Bu İl: | 259191 |
Ümumi: | 1279612 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az