Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialında şagirdlərin növbəti ekskursiyası təşkil edilib

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Lənkəran filialının 2024-cü ilin İş Planına uyğun olaraq filialın və Lənkəran şəhər 10 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil edilib.

19 dekabr 2024-cü il tarixdə adı çəkilən məktəbin direktoru Sevil Əsədovanın rəhbərlik etdiyi yuxarı sinif şagirdləri filialda sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış ediliblər.

ARDA Lənkəran filialının direktoru Camal Babazadə şagirdlər qarşısında çıxış edərək arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplekləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların  tələbləri haqqında  məlumat verib.

Daha sonra ekskursiya sual-cavab və diskussiya formatında davam etdirilib.


Bugün: 191
Dünən: 751
Bu həftə: 1766
Son həftə: 5591
Bu Ay: 3213
Son Ay: 26618
Bu İl: 29831
Ümumi: 1342415
1342415