06 Noyabr 2023 04:35 XƏBƏRLƏR Baxış sayı : 472
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Dövlət Arxivinin Quba filialının 2023-cü il üzrə iş planına uyğun olaraq adıçəkilən filialda tələbələr və şagirdlər üçün müvafiq olaraq açıq dərslər və eksursiyalar həyata keçirilməkdədir.
02 noyabr 2023-cü il tarixində Dövlət Arxivi Quba filialında Quba Dövlət Sosial-İqtisad kollecinin “Arxiv işi və kargüzarlığın aparılması” ixtisası üzrə 3-cü kurs tələbələrinin və həmin kollecin Arxiv müdiri Rəhilə Əhmədovanın iştirakı ilə filialda açıq dərs təşkil edilib. Dövlət Arxivi Quba filialının direktoru Şirin Müzəffərov tələbələr qarşısında çıxış edərək filial üzrə arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə məlumat verib. O filialın metodiki tabeliyində olan Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon Dövlət Arxivləri haqqında tələbələri məlumatlandırıb.
04 noyabr 2023-cü il tarixində isə Quba rayonunun Mirzəqışlaq kənd tam orta məktəbinin direktoru Rəna Hüseynovanın rəhbərliyi ilə bir qrup şagird və müəllim heyəti üçün filialda eksursiya həyata keçirilib. Ş. Müzəffərov onlara Azərbaycanda arxiv quruculuğu tarixindən, arxiv sənədlərinin əhəmiyyəti, filialın və rayon dövlət arxivlərinin iş prinsipləri və qaydaları haqqında ətraflı məlumat verib. Ş. Müzəffərov həmçinin filialın ümumi işi, onun təşkil edilməsi tarixi haqqında da ekskursiya iştirakçılarını məlumatlandırıb və məktəbliləri maraqlandıran bir çox sualları cavablandırıb.
Hər iki görüşdə sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə və şagirdlərə nümayiş etdirilmişdir.
Bugün: | 237 |
Dünən: | 914 |
Bu həftə: | 4389 |
Son həftə: | 6066 |
Bu Ay: | 18285 |
Son Ay: | 28223 |
Bu İl: | 259326 |
Ümumi: | 1279747 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az